Bakının Nəsimi rayonunda 1 nəfər intihar etmək istəyib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, 37 yaşlı kişi yaşadığı hündürmərtəbəli binadan özünü atmaq istəyib.
Məlumat daxil olan kimi hadisə yerinə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılıb.
Əməliyyat saat 10:47-də başa çatıb.
İlkin olaraq bildirilib ki, kişi həyat yoldaşı ilə mübahisə etdiyi üçün əsəbləşibmiş. Bu səbəbdən də həyatından bezdiyini deyib və özünü öldürmək istəyib.
Faktla bağlı araşdırma aparılır.
Cia.az
