|
Şahtaxtinski İlham Əliyevlə fotosuna görə qovulub? -

Xarici İşlər Nazirliyi ATƏT-in Bakı Layihə Əlaqələndiricisin mandatından uzaqlaşdırılması ilə bağlı yayılan məlumatalara aydınlıq gətirib. 

XİN mətbuat xidmətindən Cia.az-a daxil olan xəbərə görə, Alexis Şahtaxtinskinin təyinat müddəti bitib:

“ATƏT-in Bakı Layihə Əlaqələndiricisindən Xarici İşlər Nazirliyinə daxil olmuş məktubda ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Alexis Şahtaxtinskinin təyinat müddətinin 31 may 2015-ci il tarixində başa çatması bildirilib. ATƏT-dən verilən məlumata görə Fransa Hökuməti vətəndaşlığını daşıyan Alexis Şahtaxtinskinin ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusunda fəaliyyət müddətinin 31 may 2015-ci il tarixindən sonrakı müddətə uzadılmasını dəstəkləməyib”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" hesabında buna səbəb kimi ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyini əsas olaraq göstərmişdi. O bildirmişdi ki, ABŞ-ın ATƏT-dəki səfiri D. Bayer A. Şahtaxtinskiyə prezident İlham Əliyevlə şəkil çəkdirməsini irad tutmuşdu. 

Cia.az