İraqın Ramadi şəhəri səhəri yenə terrorla açıb. Belə ki, adıçəkilən şəhərdə güclü partlayış törədilib.
Partlayış nəticəsində ilkin məlumata görə, 38 nəfər ölüb, azı 10 nəfər isə yaralanıb. "BBC" telekanalının məlumatına görə, terrorçu-kamikadze polis bazasının yerləşdiyi ərazidə minalanmış avtomobili partladıb.
Ölənlərin sayının artacağını istisna edilmir.
Hələlik hadisəyə görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürmür. Lakin İraq rəsmilərinin məlumatına görə, hücumun İŞİD qruplaşması tərəfindən təşkil edildiyi ehtimal olunur.
Cia.az
