|
Bakıda şokoladdan hazırlanmış 3D rəsm göstəriləcək

İyunun 5-də Muzey Mərkəzində Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunmuş, çəkisi 200 kiloqram, eni 3 metrdən çox olan şokoladdan hazırlanmış 3D rəsminin təqdimat mərasimi keçiriləcək.

Cia.az-ın Muzey Mərkəzinə istinadən məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Nikolya” Şokolad Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Sərgidə nəyin əks olunduğu isə təqdimatın açılış gününədək müəllif tərəfindən sirr kimi saxlanılır.

Dünyanın 40-dan çox ölkəsində əsərləri nümayiş olunmuş “Nikolya” Şokolad Muzeyinin Bakıda ilk dəfə keçirilən müəllif sərgisini 10000-dən çox insan izləyib.

Cia.az