|
Türkiyədə zəlzələ oldu

Türkiyənin Hakkari şəhərində zəlzələ baş verib.

Cia.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, maqnitudası 4 bal gücündə olan zəlzələ yerli vaxtla saat 17:54-də qeydə alınıb.

Zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib. Məlumata görə, yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

Cia.az