|
33 gürcü oğru saxlanıldı

Fransa polisi Gürcüstandan olan 33 nəfəri saxlayıb.
Saxlanılanlar gürcülər cinayətkar qruplaşmada iştirak etməkdə şübhəli bilinirlər.
Fransa hüquq-mühafizə orqanları cinayətkarlar tərəfindən vurulmuş zərərin dəqiq məbləğini açıqlamasa da külli miqdarda rəqəmlərdən söhbət getdiyi qeyd olunur. Onların oğurluq etdiyi bildirilir.

Şübhəlilərin 11 nəfəri La-Roşeli ərazisində, digər 22 nəfər isə Strasburqda saxlanılıb.

Cia.az