Saçlar üçün nəzərdə tutulmuş zeytun yağlı maskalar hər tip saç üçün istifadə edilə bilər. Nəticədə quru saçlar yumşalır, qidalandırıcı strukturu bərpa olunur, yağlı saçlar isə daha da təmiz olur, ölü dəri təmizlənir, piy vəziləri güclənir.
Yaxşı effekt əldə etmək üçün zeytun yağlı maskanı hər həftə digər qidalandırıcı maskalarla növbə ilə edin. Zeytun yağı ilə hazırlanan maskalar təqdim edirik.
Xınalı saçlar üçün bu maskanı ayda 4 dəfə edin. 1 çay qaşığı rəngsiz xına, 1 çay qaşığı zeytun yağı, yumurta sarısı, 1 çay qaşığı bal və 1 çay qaşığı konyak. Saçın uclarına kimi çəkib 1 saat saxladıqdan sonra yuyun.
Jojoba və zeytun yağlı maska
Bu maska quru saçları nəinki yumşaldır, eyni zamanda ipək kimi və parlaq edir. Hər iki yağdan eyni miqdarda götürüb saç köklərindən uclarına kimi çəkin. Yarım saatdan sonra yuyun.
Yumurta sarısı və zeytun yağlı maska
Gec uzanan və zəif saçlar üçün çox effektli maskadır. 30 qr zeytun yağı ilə 2 yumurta sarısını qarışdırın. Yarım saatdan sonra isti su ilə yuyun.
Limon suyu və zeytun yağlı maska
Tökülmənin qarşısını alır və uzanmasına yardım edir. 2 çay qaşığı zeytun yağı və 1 çay qaşığı limon suyunu qarışdırın. 40 dərəcədə isidib saçlara vurun. Polietilen sellofan, ya da dəsmalla saçları sarıyın. 3 saatdan sonra şampunla yuyun.
Cia.az
