|
“Qanunlar əksər hallarda pozulur”

“Azərbaycanda qanunlar əksər hallarda pozulur. Ona görə də qanunların icrasına nəzarət funksiyasını daşıyan bir komissiyaya ehtiyac var”.
Bunu AzNews.az-ın Konstitusiyada təsbit edilən qanunların aliliyinin və insanların həyat səviyyəsinin necə təmin edilməsilə bağlı verdiyi suala cavabında Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan xalqının yaşayış səviyyəsi həmişə yüksəlməyi tələb edir: “Heç bir vaxt demək olmaz ki, yaşayış səviyyəsi tam təmin olunub”.

Qeyd edək ki, Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yaranıb, xüsusi komissiya yaradılıb və Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilib. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.