4 iyundan etibarən Azərbaycan telekanallarından birinin efirində jurnalist Eynulla Fətullayevin "Qərib Qərb" adlı sənədli filmlərinin yayımı başlanacaq.
E.Fətullayev ötən il müstəqil çəkiliş qrupu ilə (qrupa xarici ekspertlər, jurnalistlər və operatorlar daxil idi) birlikdə Almaniyada, İsveçdə, Danimarkada, Norveçdə, ABŞ-da və digər qərb ölkələrində demokratik institutların və insan hüquqlarının mövcud problemləri sahəsində tədqiqat işi aparıb.
Keçirilmiş tədqiqatlar əsasında jurnalist 7 sənədli filmin ərsəyə gəlməsinə nail olub.
Sözügedən sənədli filmlər bir neçə gün sonra ekranlara gələcək və tamaşaçılara nümayiş olunacaq.
Cia.az
