|
Co Baydenin oğlu beyin xərçəngindən öldü

ABŞ vitse-prezidenti Co Baydenin oğlu Bo Bayden 46 yaşında beyin xərçəngindən vəfat edib. Cia.az-ın verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin  məlumatında bildirilir.  

Xatırladaq ki, Bo Bayden mayda müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilmişdi.

ABŞ vitse-prezidentinin oğlu Delaver ştatının baş prokuroru vəzifəsində çalışıb. Son vaxtlar isə o investisiya şirkətində işləyib. Kiçik Bayden Kosovoda çalışıb, o, həmçinin İraq müharibəsinin veteranıdır.

ABŞ prezidenti Barak Obama və onun yoldaşı Mişel artıq Co Baydenin ailəsinə başsağlığı veriblər.   

Bo Bayden 2010-cu ildə insult keçirib.  

Cia.az