Moskvada erməni taksi sürücüsü Qaqik Teymurazyan qətlə yetirilib.
Sürücünün sonuncu sərnişinləri cinayətkarlar olublar. Onlar gedişhaqqını ödəmək əvəzinə Teymurazyana bıçaq zərbələri vurublar. Bundan sonra onun cəsədini maşının yük yerinə qoyub, benzin töküb və yandırıblar.
Hüquq-mühafizə orqanları Moskvanın Kaşir rayonunda baş verən hadisənin qatillərini isti izlərlə tapıblar.
Erməni qaynağı yazır ki, Vanadzordan olan, ali təhsilli, 50 yaşlı Qaqik Teymurazyan ötən ay 4 övladı ilə xudahafizləşərək işsizlik üzündən və banka borclarını qapatmaq ümidi ilə Rusiyaya gedibmiş. Öz evini girov qoyan Teymurazyan təzəcə sürücülük edirmiş.
Cia.az
