Suriyanın İdlib vilayətinin son əhəmiyyətli şəhəri olan Eriha terrorçuların əlinə keçib.
Şəhəri «əl-Qaidə»yə bağlı "əl-Nusra" qruplaşması tutub. Şəhər ətrafındakı kəndlər də terrorçuların nəzarətinə düşüb.
Suriya İnsan Haüquqları Təşkilatı bildirib ki, İdlibdə hökumət qoşunları ilə terrorçular arasında qızğın döyüş getməyib. Vəziyyət belə davam etsə, Bəşər Əsəd yaxın vaxtlarda Hələb şəhərini də əldən verəcək.
Eriha şəhərində Suriya ordusunun 13 hərbçisi edam edilib, 18 hərbçi isə döyüşlərdə həlak olub.
Cia.az
