|
Ürəyimdə yadımsan-

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini təqdim edib. “Ürəyimdə yadımsan” adlı şeiri oxucuların ixtiyarına veririk. 

Qəm-qüssə içindəyəm, 
çünki yanımda yoxsan. 
Qəlb evimdən çıxaraq, 
uzaqlara uçmusan – 
uzaqdan da uzağa. 
Ürəyimsə boş qalıb, 
tənhadır sən gedəndən... 
Dostlar çoxdur – nə fayda? – 
ürəyim səni arar... 
Çırağı çoxdan sönüb, 
yiyəsiz mənzil kimi... 
Damarlar onu sarıb, 
hörümçək toru kimi... 
Biz bu fani dünyada 
sevgiyçün yaşayırıq. 
Doğuluruq sevgiyçün, 
onnan nəfəs alırıq...

 

Qəlbimin qapısını 
yumruqla vurub-vurub 
qırmaq istər qonşular... 
Dostlar qapı zəngini 
inadla çalıb durar... 
Qəlbimsə... qəlb qırmayıb 
cavab verir sakitcə: 
“Orda yalnız bir yer var, 
o da məxsusdur sənə”..! 
Sənə məxsusdu... Boşdur... 
Bu soyuq mənzilinə, 
qayıtsan, dostum, əgər 
yəqin ki, qapıları 
açılacaq üzünə... 
Amma bil, özgələr tək, 
yadsan bu ürəyimdə, 
ögeysən daha mənə...

 

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

CİA.AZ