Bu gün Milli Şura Yasamal rayonundakı “Məhsul” stadionunda mitinq keçirir. “Xilas olaq” şüarı altında keçirilən aksiyaya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən razılıq verilib.
Mitinqdə Binəqədi rayonundakı 16 mərtəbəli binada baş verən yanğın hadisəsi barədə fikirlər səsləndirilib.
Stadiona yığışan mitinq iştirakçıları Azərbaycan bayraqları və müxtəlif şüarlar yazılmış plakatlar açıblar.
Ölkədə baş verən devalvasiya nəticəsində yaranan bahalaşmaya və məmur özbaşınalığına da etiraz edilir.
Aksiyada onlarla insan iştirak edir.
Cia.az
