|
Bu yay nə geyinək?

Sabah yazın son günü hesab edilir. Qarşıda bizi 3 ay isti, günəşli yay fəsli gözləyir. Yayın ən gözəl 7 moda axınını təqdim edirik. 
"Pullar görünən yerdə olmalıdır, məhz- şifonerdə". Bu sözləri bir necə nəslin zövqünün formalaşmasında iştirak edən Kerri Bredşou deyib. İndo moda trendlərindən istifadə edərək istənilən şəxs heç nədən hər şey düzəldə bilər. 

Limon və günəş 
Sarının 50 çaları. Bu yay dizaynerlər məhz bunu əllərində bayraq edirlər. Yüngül sarafanlar, parlaq ətəklər. yarışəffaf donlarda limonun rənginin çalarları göz oxşayacaq. Bu rəng başqa rənglərə də kontransda gözəl görünüş bəxş edir. 
Psixoloqlar hesab edirlər ki, sarı rəng optimizm və həyat sevgisinin göstəricisidir. 

Qarada qırmızı 
Qırmızı rəng ən seksual rənglərdəndir. Bu rəngin saya forması və ya qırmızı allı-güllü geyimlər əsl yayın malıdır. "Qum saatı" formasında olanlara üzərində xırda çiçəklər olan geyimlər geyinmək məsləhətdir. Daha incə formalılar isə iri gülləri seçə bilərlər. 

Dama-dama oyunu 
Ehtiyatla istifadə etmək lazımdır. Belə ki, iri damalar ölçüləri böyüdür. Bu printi başqa formalarla asanlıqla kombin etmək olar. 

Açıq dünya 
Çiyinləri açıq qoymaq əlbətdə cəsarət tələb edir. Amma istənilən qadın bur fomadan özünə uyğun nə isə seçə bilər. 

Don köynək 
Bu yay hətta köynək donu sevməyənlər belə bu formaaya biganə qala bilməyəcəklər. 
Bu formanı incə kəmərlə yaxşı tamamlamaq olar. 

Total ağ 
Ağ rəngin ancaq çox arıq qızlara yaraşması barədə miflər artıq geridə qalıb. Total ağ rəngi iri aksesuarlarla gözəl kombin etmək olar. 

Dairələr 
Bəziləri bu dairələrin olduqca yüngül, sadə olduğunu düşünürlər. Lakin düzgün istifadə edilən dairələrlə qarşınızdakını heyran qoymaq da çətin deyil. 






Cia.az