|
ABŞ ştatı 7 ballıq silkələndi

ABŞ ştatı Alyaskanın cənub-qərbində 7 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji xidməti xəbər yayıb.
Məlumata əsasən yeraltı təkanların episentri Çirikova adasından 11 kilometr şimal-qərbdə olub. 

Təkanların mənbəyi isə 51 kilometr dərinlikdə olub. Hələ ki, tələfat və ya dağıntılar barədə məlumat yoxdu.

Qeyd edək ki, ABŞ-ın 49-cu ştatının milyona yaxın əhalisi var.

Cia.az