|
Bakıda qadın quyuya düşdü

Bakının Suraxanı rayonunda qadının quyuya düşməsi ilə nəticələnən bədbəxt hadisə baş verib. 
Cia.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, zərərçəkmiş yaşadığı evin həyətyanı sahəsində yerləşən əlavə tikilinin döşəməsinin çökməsi nəticəsində əmələ gəlmiş diametri təxminən 3-4 metr, dərinliyi təxminən 3 metr olan quyuya düşüb. 

Hadisə yerinə dərhal FHN-nin xilasediciləri cəlb olunub və xəsarət aldığı üçün çıxa bilməyən qadın quyudan çıxarılıb. 
Zərərçəkən hadisə yerinə çağırılan təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. 

Əməliyyat saat 22:35-də başa çatıb.

Cia.az