|
Bu gecə İsmayıllı sakinlərinin yuxusu ərşə çəkildi

İsmayıllıda gecə saatlarında baş verən yanğın rayon sakinlərinini yuxusuna haram qatdı.
Cia.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İsmayıllı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otaq yanıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğınsöndürənlər ev sakinlərini təxliyyə edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İlkin ehtimala görə, hadisə elektrik qısaqapanmasından baş verib.

Cia.az