|
Saakaşvili Odessanın qubernatoru təyin olundu

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın Odessa şəhərinin qubernatoru təyin olunub.

Bu barədə Ukraynanın ekologiya və təbii sərvətlər naziri İqor Şevçenko məlumat yayıb.

Nazir sabiq prezidentin qubernator təyin edilməsi xəbərini öz facebook səhifəsindən paylaşıb.

Rusiya mətbuatı isə bildirir ki, bu xəbər digər mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

Cia.az