|
Portağallı, lavandalı masaj yağı ilə -

Son günlər özünüzü çox gərgin hiss edirsiz, bütün bədəniniz sanki tutulmuş vəziyyətdədir və rahatlamaq üçün isə masaja ehtiyacınız var? O zaman təqdim etdiyimiz masaj üçün portağallı lavanda yağından istifadə edin.

50 qr susam yağı, 10 qr lavanda yağı və 15 qr portağal çiçəyi yağını bir şüşə qaba töküb qarışdırın. Üzərinə iki çubuq darçın da əlavə edin. Sonra bir ədəd portağal qabığını incə-incə dilimləyərək üzərinə tökün. Qarışımı iki-üç gün günəşli yerdə saxlayın. Darçın və portağal qabığı ətrini itirəndə qarışımı masaj yağı kimi istifadə edin. Faydasını görəcəksiniz.

Cia.az