Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov prezident İlham Əliyevin Macarıstana səfəri haqda yazıb.
“Qafqazinfo” xəbər verir ki, N.Məmmədov özünün Tvitter hesabında qeyd edib ki, Azərbaycan prezidenti ilə Macarıstan baş naziri arasında mövcud olan şəxsi dostluq münasibətləri bu səfər zamanı daha da möhkəmləndi: “Prezidentlə Baş naziri yaxınlaşdıran faktorlardan biri də hər 2 liderin ölkələrinin suverenliyinin qorunmasını əsas vəzifə hesab etmələridir. Azərbaycan Prezidentinin Macarıstana səfəri zamanı da Strateji Tərəfdaşlıq haqqında bəyannamə imzalandı. Artıq Azərbaycanla 10-a yaxın Avropa ölkəsi arasında Strateji Tərəfdaşlıq haqqında bəyannamə qəbul edilib, imzalanıb”.
Novruz Məmmədov bildirib ki, səfər zamanı Macarıstan Parlamentinin binası dünyanın ən gözəl və möhtəşəm sarayı olmaına bir daha əmin olub.
