Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirinin müavini Maksat Çakiyev 1 600 dollar rüşvət verərkən tutulub.
Bu haqda ölkənin Daxili İşlər Nazirliyinin Dövlət İstintaq İdarəsindən bildirilib.
"Çakiyev əməkdaşlarımızdan birinə 92 min som (1,6 min dollara yaxın - red.) rüşvət verməyə cəhd edərkən tutulub" - idarədən bildirilib.
M.Çakiyev Qırğızıstan paytaxtı Bişkekdəki təcridxanada saxlanılır. 38 yaşlı Maksat Çakiyev həm də nazirliyin turzm idarəsinin direktorudur.
Cia.az
