|
İŞİD Quranı parça-parça etdi

İslam uğrunda mübarizə apardığını iddia edən İŞİD terror qruplaşması Kobanidə məscidi dağıdıb.

ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması Kobaninin şərqində Hacı Rəşid Məscidini bir müddət qərargah kimi istifadə edib. Lakin 2 gün əvvəl bölgədəki atışma zamanı oradan çəkilən İŞİD tərk etdiyi yerləri partladıb.

Hadisədən sonra çəkilən şəkillərdə məscidinin yerlə yeksan olduğu aydın görünür. Şəkillərdə hətta islamın müqəddəs kitabı Qurani-Kərimin də dağıntılar altında parça-parça olmuş halda olduğu görünür.