Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Qriqori Karasin ANS-ə müsahibə verib. Azərbaycanın beynəlxalq ve regional işlərdəki müstəgil xəttini yüksək qiymətləndirdiklərini deyən nazir müavini rəsmi Bakının bütün məsələlərdə müstəqil mövqe nümayiş etdirdiyini bildirib. Azərbaycan prezidenti İlham Əliyevin öz qərarlarını milli mənafe əsasında verdiyini qeyd edən Karasin bildirib ki, iki ölkənin prezidentləri arasında münasibətlər yüksək səviyyədədir.
“İlk növbədə mən dost, qardaş Azərbaycana xalqına uğurlar və daha çox inkişaf arzu edirəm. Əlbəttə ki sülh və əminamanlıq arzu edirəm. Biz Azərbacanın beynəlxalq ve regional işlərdəki müstəgil xəttini yüksək qiymətləndiririk. Bu Qafqaz - Xəzər regionuna da aiddir. Biz başa düşürük ki, Bakı bütün məsələlərdə müstəgil mövge tutur. Azərbaycan, prezident İlham Əliyev başda olmaqla ölkə xaricindən səslənən fikirlərlə oturub durmur. Bütün qərarlarını milli mənafe əsasında verir. Biz də tamamilə bele edirik. İki prezident arasında isti münasibətləri yüksək qiymətləndiririk. Ona görə ki, bu Rusiya Azərbaycan münasibətlərinin əsasını təşkil edir”.
Azərbaycanda keçiriləcək I Avropa oyunlarından da danışan nazir müavini Rusiya prezidentinin də həmin tədbirdə fəxri qonaqlar arasında olacağını deyib. Karasin həmçinin bu istiqamətdə Azərbaycana uğurlar arzulayıb.
“Öz çıxışımın sonunda 12 iyunda start götürəcək I Avropa oyunlarında Azərbaycana uğurlar arzu edirəm və bu açılışı səbrsizliklə gözləyirəm. Bildiyiniz kimi bizim prezident də fəxri qonaqlar sırasında olacaq. Biz idmanın obyektivliyinə, böyük tərkibdə çıxış edəcək Rusiya komandasına, və ilk növbədə I Avropa oyunlarının uğuru üçün azarkeşlik edəcəyik. Ona görə də Azərbayğana uğurlar və inkişaf arzu edirəm. Biz düz 2 həftə ərzində bu oyunları an ba an izləyəcəyik”.
Cia.az
