Bu gün Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə 12 nömrəli Bakı peşə liseyində təhsil alan gənc qənnadıçıların respublika festivalı keçiriləcək.
Cia.az-ın məlumatına görə, festival “Bakı-2015” birinci Avropa Oyunlarına həsr ediləcək.
"Birinci Avropa Oyunları münasibətilə bir neçə festivalın keçirilməsi nəzərdə tutulur. Festivallara hazırlıq ərəfəsində həm də 28 may - Respublika Günü qeyd olunacaq", - deyə AMKA-nın prezidentı Tahir Əmiraslanov bildirib.
T.Əmiraslanov diqqətə çatdırıb ki, iyulun 20-də Şəkidə II Beynəlxalq Şirniyyat Festivalı keçiriləcək. Azərbaycanın 22 kənd və şəhərindən, eyni zamanda xarici ölkələrdən də festivala nümayəndələr dəvət olunacaq.
Cia.az
