|
Tarantino karyerasını başa vurur

Dünya şöhrətli rejissor Kventin Tarantino karyerasını başa vurur.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 10 film çəkdikdən sonra rejissorluqla vidalaşmaq istədiyini deyən K.Tarantino Santa-Monikadakı AFM ("American Film Market”) kinoforumunda gələcəklə bağlı planlarını bölüşüb:

“Düşünürəm ki, tamaşaçılar sənin səhnədən getməyin üçün yalvaranadək oranı könüllü tərk etməlisən. Rejissorluq gənclər üçün oyundur. Mənim ilk və sonuncu filmim arasındakı əlaqənin konsepsiyası xoşuma gəlir. 10 filmimdən sonra karyeramı qurtaracağımı demişdim. Amma hər hansı yaxşı bir film ideyası ağlıma gələrsə, bu sözləri söyləmişəm deyə, həmin ekran işini lentə almaqdan imtina edəsi də deyiləm”.

K.Tarantinonun sözlərinə görə, karyerasını başa vurduqdan sonra o, pyeslər, kitablar və kino üzrə tənqidi məqalələr yazmaq niyyətindədir.

Qeyd edək ki, Kventin Tarantinonun sonuncu “Nifrət oyadan səkkizlik” filminin premyerası gələn ilə planlaşdırılır.