|
Ölkəmiz MDB-nin ən böyük moda müsabiqəsində

Azərbaycan hər il olduğu kimi “Rus Silueti” (“Русский Силуэт”) moda müsabiqəsidə iştirak edecək. 
Ölkəmiz hər il olduğu kimi “Rus Silueti” yarışmasına iki təmsilçi göndərəcək. Bu haqda geniş açıqlamanı portalımıza "World Beauty Congress"in Qafqaz ölkələri üzrə rəhbəri, 
tanınmış təşkilatçı Aqil Məmiyev verib.

"Artıq bir təmsilçi seçilib. Bu, modelyer Günel Bəxtiyarovadır. Vaxt azlığı ilə əlaqədar olaraq, biz Azərbaycan finalı keçirməyəcəyik. Kastinq yolu ilə seçilən dizaynerlər öz əl işlərini və eskizlərini təşkilatı komitəyə təqdim edərək, təşkilatın Azərbaycan üzrə komitəsinin rəyinə əsasən ölkəmizi mötəbər yarışda təmsil edəcək", - deyə Aqil Məmiyev ANS PRESS-ə açıqlamasında bildirib.

Bu il “Русский Силуэт” beynəlxalq moda müsabiqəsinin final gecəsi sentyabrın 27-də, Rusiyanin paytaxtı Moskva şəhərində keçriləcək.

Qeyd edək ki, “Rus Silueti” (“Русский Силуэт”) MDB dövlətləri arasında ən böyük moda müsabiqəsidir. Müsabiqədə 15 ölkədən 70-dən çox iştirakçı olur. Münsiflər heyətində dünyanın tanınmış moda evlərinin sahibləri oturur. Əvvəllər müsabiqələr zamanı münsif heyətində Kenzo, Chanel və d. dünyaca məşhur dizaynerlər yer alıb.

Ölkəmiz bu müsabiqədə 2002-ci ildən iştirak edir.

Cia.az