|
Prezident "Buta" sarayında rəsmi qəbulda iştirak etdi

Bu gün “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Cia.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

Tədbir başlayan zaman Azərbaycanın dövlət himni səslənib.

Prezident İlham Əliyev rəsmi qəbulda nitq söylədi.

Cia.az