|
Bakıda möhtəşəm atəşfəşanlıq olacaq
Sabah, 28 May – Respublika Günü münasibətilə Bakıda bayram şənlikləri keçiriləcək.
Bu barədə Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, sabah müstəqillik günü paytaxtda mükəmməl şəkildə qeyd ediləcək.
 
"Bakı Şəhər İcra Hakimiyyəti Sizi 28 May – Respublika Günü münasibəti ilə təbrik edir, keçiriləcək bayram konsertinə və möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir", - deyə Bakı meriyası sakinlərə müraciət edib.
 
Qeyd edək ki, sabah 28-də Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert saat 21.00-da başlayacaq və saat 23.00-da möhtəşəm atəşfəşanlıq olacaq.
Cia.az