|
Yatarkən də gözəlləşin -

Dərinin dincəldiyi, gəncləşmək üçün hüceyrələrin ən gözəl çalışdığı saatlar gecə saatlarıdır. Daha dəqiq desək, saat 23:00-04:00 arası nəzərdə tutulur.

Əlbəttə ki, müntəzəm yuxu gəncliyin sirlərindən biri sayılır. Ancaq yuxuda keçən vaxtınızı da gözəllik üçün istifadə edə bilərsiz. Necə? Formullarını Aile.lent.az-dan öyrənin:

- Yatmadan əvvəl retinol və ya qlikolik asit tərkibli kremi maska şəklində üzünüzə vurun.

- Dəriniz həssasdırsa, üzünüzü salisil spirti ilə təmizlədikdən sonra hyaluronik turşusu tərkibli bir kremlə nəmləndirin.

- Yataq otağında havanı nəmli tutması üçün buxar aləti yerləşdirin.

- Səhər oyananda dırnaqların yeni manikür edilmiş kimi görünməsi üçün yatarkən dırnaq dibləri və əllərinizə nəmləndirici krem vurun.

- Saçlarınız uzundursa, iki yandan hörüb yatın. Səhər də parlaqlıq verən bir serrum vurun.

- İpək və kətan üzlü yastıq istifadə etsəniz, saçınıza çəkdiyiniz fenin təsiri uzun müddət qalacaq.

- Gecə yatarkən üzünüzü həmişə mineral suyu ilə yuyun. Dəriniz canlanacaq, yenilənəcək. Məsamə problemi olanlar hər axşam etsin. Yaxşı qurutmadan yatmayın. Skandinaviya qadınlarının gözəllik sirri bu hesab olunur. Mineral suyu soyuducuda saxlayın.

Cia.az