Demokratik İslahatlar partiyasının sədri, millət vəkili Asim Mollazadə qardaşının məhkəməsi barədə danışıb.
O, AzNews.az-a açıqlamasında ANS Şirkətlər Qrupuna daxil olan “ANS Kommers” şirkətinin qardaşı Ceyhun Mollazadəyə məxsus olan “AzQTel” MMC-ni məhkəməyə verməsi barədə məlumatsız olduğunu bildirib: “Ona görə də bir şey deyə bilməyəcəyəm”.
Qeyd edək ki, ilk məhkəmə iclası 1 saylı Bakı İqtisad Məhkəməsində hakim İlham Əhmədovun sədrliyi ilə oktyabrın 27-də keçirilib.
ANS-in Ceyhun Mollazadənin şirkətini hansı səbəbdən məhkəməyə verməsi açıqlanmır.
“AzQTel” 2005-ci ildə yaradılan Azərbaycan telekommunikasiya şirkətidir. Şirkətin rəhbəri millət vəkili Asim Mollazadənin qardaşı, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Ceyhun Mollazadədir.
