|
Əfqanıstanda 26 polis və hərbçi öldürülüb

Əfqanıstanda silahlı qruplaşmalar ölkənin cənubunda yerləşən bir neçə nəzarət-buraxılş məntəqəsinə hücum ediblər.
Nəticədə təhlükəsialik xidmətinin 26 əməkdaşı həlak olub.
Helmand əyalətinin polis əməkdaşı bildirib ki, hücum Navzad rayonunda törədilib. Ölənlərdən 19-u polis, 7-si hərbçidir. 
Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib. 

Qəndəhar əyalətində isə polislə 2 terrorçu arasında atışma zamanı bir mülki şəxs ölüb, 3 polis yaralanıb.
Polis silahlıların gizləndiyi binanı tam mühasirəyə alıb.

Cia.az