|
NATO-dan Rusiyaya güc nümayişi

Ukrayna münaqişəsi fonunda Skandinaviya regionunda NATO-ya üzv dövlətlərin genişmiqyaslı hərbi hava təlimləri keçirilir.
“Arktik Çağırış” adlı iki həftəlik təlimlərdə müttəfiq ölkələrdən 100-dən çox qırıcı təyyarə və 4 minə yaxın şəxsi heyət iştirak edir.

Skandinav ölkələrin hərbi qüvvələrinə Böyük Britaniya, İsveçrə, Fransa, Almaniya, ABŞ və Hollandiyadan olan hərbçilər qoşulacaq.

Təlimlərinin əsas məqsədi müttəfiq hava qüvvələrini silah-sursat daşıma, zenit-raket artileriyası əleyhinə manevrlərə, aşağı yüksəklikdən uçma, havada ikən yanacaq doldurma kimi müxtəlif döyüş tapşırıqlarına birgə hazırlıqdır.

“Arktik Çağırış” təlimlərinin planının hazırlanmasına nə az, nə çox bir ildən çox vaxt sərf olunub.

Cia.az