|
ABŞ və Çin vuruşmayacaq

ABŞ və Çin bu ölkələr arasında hərbi toqquşmanı mümkünsüz edən iki razılışma imzalamağa hazırlaşır.

ANS PRESS-in məlumatına görə, xarici mətbuatda yer alan xəbərdə deyilir ki, razılaşmalardan biri irimiqyaslı hərbi fəaliyyət zamanı bir-birlərini xəbərdarlıq etmə barədə, digəri isə dəniz və havada toqquşma zamanı davranış qaydalarını müəyyən edir.

Bununla da ABŞ prezidenti Barak Obama və Çin rəhbəri Si Zinpin imzalanacaq razılaşma ilə son dövrlərdə iki ölkənin əlaqələri arasında gərginliyi azaltmaq niyyətindədirlər.

Bundan əvvəl ABŞ və Çinin informasiya texnologiyaları üzrə müqavilə ilə anlaşa bildikləri xəbəri yayılmışdı.