|
Qocalar evində yanğın:

Çində dəhşətli yanğın hadisəsi baş verib. 

Çinin Henyan əyalətində 38 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi qeydə alınıb. Bu barədə “Şinxua” agentliyi xəbər yayıb. 

Xəbərdə bildirilir ki, hadisə Pindşan şəhəri Luşan qəsəbəsində yerləşən Kanqlı qocalar evində yaşanıb. Binanın yataqxanasında başlayan yanğın, bir anda bütün binanı bürüyüb. 

Yanğının söndürülməsindən sonra axtarış-xilasetmə işlərinə başlanılıb. İlkin məlumatlara əsasən, 38 nəfər ölüb, 2-si ağır olmaqla isə 6 nəfər ciddi yanıq xəsarətləri alıb. 

Yanğının baş vermə səbəbi araşdırılır.

Cia.az