|
Ən çox pərəstiş edilən ayaqlar -

Hollivud aktrisası Merilin Monro tarixdə ən çox pərəstiş edilən ayaqların sahibi kimi tanınıb.
Keçirilmiş sorğunun nəticələrinə görə, reytinqdə ikinci yer müğənni Kayli Minouq, 3-cü yeri 1960-cı illərin top modeli Tviqqi tutub.

Ən çox pərəstiş olunan ayaqların reytinqi belədir:

1. Merilin Monro, aktrisa (47 faiz səs)
2. Kayli Minouq, müğənni (22 faiz)
3. Tviqqi, model (17 faiz)
4. Tina Törner, müğənni (16 faiz)
5. Cerri Holliuell, müğənni (15 faiz)
6. Betti Qreybl, aktrisa və müğənni (7,8 faiz)
7. Keyt Middlton, Kembric hersoginyası (7, 4 faiz)
8. Ancelina Coli, aktrisa (7,2 faiz)
9. Viktoriya Pendlton, idmançı (6,5 faiz)
10. Odri Hepbörn, aktrisa (4,9 faiz)

Siyahıda yaşı 16-dan 55-ə kimi olan mindən çox qadın iştirak edib.

Ulduzların cazibədarlığının oxşar reytinqləri daim tərtib edilir. 2015-ci ilin aprelində Amerikanın FHM jurnalı aktrisa Mişel Kiqanı "dünyanın ən seksual qadını" adlandırmışdı.