|
ANS-in keçmiş əməkdaşına vəzifə verildi

ANS-in keçmiş əməkdaşı, tanınmış teleaparıcı Zəminə Əliyeva Energetika Nazirliyində vəzifəyə gətirilib. 
Zəminə Əliyevanın verdiyi məlumata görə, o, nazirliyi mətbuat katibi təyin edilib. 
"Çalışacağam ki, əlimdən gələn qədər operativ olum və məlumataları jurnalistlərə daha tez çatdırım". 

Ondan öncə adıçəkilən vəzifədə Azər Mənsimli çalışıb. O, ötən həftə istefa vermişdi. 

Telejurnalist Zəminə Əliyeva ANS-in "Xəbərçi" redaksiyasında çalışıb. Həmçinin bir sıra populyar verilişlərin aparıcısı olub. 
Z. Əliyeva bir sıra digər mətbuat orqanlarında da çalışıb. 

Cia.az