Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini və İdarə Heyətinin üzvlüyündən çıxarılıb.
Mayın 16-da GB-nin 4-cü hesabat konfransında A. Əliyevaya xəbərdarlıq edilərək sədr müavini vəzifəsindən azad edilib.
Sayt məsələ ilə bağlı YAP Gənclər Birliyinin sədri Seymur Orucovla əlaqə saxlayıb. O bildirib ki, A. Əliyeva hazırda Gənclər Birliyinin Şura üzvüdür: “O, bizim ən yaxın komandamızın iştirakçısıdır. Sadəcə olaraq hesabat konfransı keçirilib və yeni tərkib formalaşdırılıb. A. Əliyevanın işinin çoxluğu nəzərə alınaraq, qərar verilib ki, o, GB-nin sədr müavini və İdarə Heyətindən çıxarılsın. Ona fəaliyyəti ilə bağlı xəbərdarlıq edilməyib. Bunu deyənlər şər atmasınlar. Məlumatı yayanlar yəqin ki, onun fəaliyyətini istəməyənlərdir”.
S. Orucov yeni tərkibə seçilənlərin adlarını da açıqlayıb. Qeyd edib ki, əvvəllər sədr müavini postunda beş nəfər təmsil olunurdu: “İndi isə dörd nəfərdir. Ramin Məmmədov, Samirə Quliyeva, Aytac Əliyeva köhnə tərkibdə olan sədr müavinləridir. Yeni daxil olan sədr müavini isə Əli Pənahovdur”.
Cia.az
