Azərbaycan İslam Partiyasının qərargahında mətbuat konfransı keçirilib.
Tədbirdə partiyanın rəhbərləri çıxış edərək Azərbaycanda islamçıların həbsinə etirazlarını bildiriblər. Onlar partiyanın sədri Hacı Mövsüm Səmədovun, Hacı Abgülün, Hacı Fərəməzin, Hacı Talehin, Hacı Elşənin və digər islamçıların azad olunmasını tələb ediblər.
Tədbir iştirakçıları, həmçinin Səudiyyə Ərəbistanının rəhbərliyinə müraciət edərək islam alimi Ayətulla Şeyx Nimri haqqında çıxarılmış ölüm hökmünün ləğv olunmasını tələb ediblər.
Cia.az
