|
Məşhur rejissorun evini qarət etdilər

"Yeralaşın atası" adlandırılan rejissor Boris Qraçevskinin evi qarət edilib. Mayın 24-də Moskvada bir gənc qadın polisə oğurluq haqqında məlumat verib. 
Sonradan müəyyən edilib ki, qarət edilən ev Rusiyanın tanınmış rejissoru, "Yeralaş" kinojurnalının yaradıcısı Boris Qraçevskiyə məxsus olub. Oğurluq baş verən vaxt o, başqa bir şəhərdə ezamiyyətdə olub. 
Araşdırma zamanı evdən 600 min rubl (təxminən 12 min manat) oğurlandığı müəyyən edilib. Lakin Boris Qraçevskinin özü Ren TV-nin müxbirinə müsahibəsində bu hadisəni səhv, anlaşılmazlıq adlandırıb və hüquq-mühafizə orqanlarına şikayət ərizəsi yazmaqdan imtina edib.

Cia.az