|
Eynicinsli evliliklərə “hə” dedilər

Eynicinsli evliliklərin qanuniləşdirilməsi tərəfadarları cümə günü İrlandiyada keçirilən konstitusiya referendumda qalib oldular.
Şənbə günü yayılan rəsmi nəticəyə əsasən referendumda iştirak edən 60 faiz irlandiyalının 62 faizi bu qərara “hə” deyib. 

Beləliklə, İrlandiya gey evliliklərini ümummilli səsvermə nəticəsində qanuniləşdirən rəsmi ilk ölkə oldu. Bundan öncə AB-da belə qərarlar milli parlamentlərdə həll olunurdu. 

Müşahidəçilərin fikrincə, əhalinin ən üst təbəqəsi bütün partiyalar, ictimai xadimlər, məşhurlar, idmançılar və digərləri qanunun qəbul edilməsi yönündə mövqe göstərmiş, ənənəvi dəyərlərə diqqət cəlb etmək istəyənlərin isə səsi elektoratın qulağına gəlib çıxmayıb.

Qeyd edək ki, eynicinsli evlilikləri artıq Belçika, Daniya,Niderland krallığı, Portuqaliya, Fransa eləcə də, Böyük Britaniyanın bir neçə bölgəsi qəbul edir.

Cia.az