İran hakimiyyəti milli şirkətlərin ABŞ şirkətləri ilə ticarət əlaqələrinin genişləndirməsinə icazə verib.
Bu barədə şənbə günü İranın ticarət palatası, sənaye, mədən və kənd təsərrüfatı başçısı Qolamrezu Şafei danışıb.
“Qeyri-rəsmi əlaqələr İran və ABŞ arasında birgə ticarət palatalarının qurlumasına yol aça bilər”- deyə Şafei "Mehr" agentliyinə müsahibəsində bildirib.
Şafei eləcə də xəbər verib ki, ABŞ ilə birgə sənaye-ticarət palatasının yaranması fikri ölkədə 10 ay ərzində müzakirə edilib.
“Hakimiyyətlə çox vacib məsləhətləşmələr getdi və bizə tövsiyyə etdilər ki, əlaqələr ilk növbədə İran və Amerikanın özəl sektoru üzrə qurulmalıdır. Bu əlaqələr möhkəmləndikdən sonra isə bu birgə palataların yaradılması və ticarətcilər arasında formal əlaqələrə yol açmalıdır”- deyə Şafei məsələyə aydınlıq gətirib.
Şafeinin sölərinə görə, amerikalı iş adamları artıq könüllü şəkildə İran-ABŞ sənaye-ticarət palatasına yaratsalar da bu rəsmi olaraq qeydiyyatdan keçməyib. O əlavə edib ki, amerikalı biznesmenlər İranla ticarət əlaqələrinin qurulmasına böyük maraq göstərsələr də bu barədə rasmi təklif hələ gəlməyib.
Cia.az
