Moskvada dəhşətli hadisə baş verib.
Paytaxtda yaşayan 21 yaşlı Veronika adlı qadın tapançanı başına dayayaraq selfi çəkdirmək istəyib.
Hadisə şahidlərinin sözlərinə görə, qadın şəkil çəkmək üçün işdəki mühafizəçilərdən birindən tapancanı alaraq gicgahına dayayıb. Qadın bu vəziyyətdə selfi çəkdirmək istəyərkən telefonun düyməsinə basmaq əvəzinə tapançanın tətiyini çəkib.
Nəticədə Veronika başından ağır yaralanıb. Hazırda o, aparıldığı xəstəxananın reanimasiya şöbəsindədir. Silahı qadına verən mühafizəçini isə 6 il həbs cəzası gözləyir.
Cia.az
