|
Küçədə beyin tapıldı
Nyu-York ştatının Quverner şəhərinin küçələrinin birində 9 beyin tapılıb.
Yerli əhali kəllədən çıxarılmış beyinləri dəmir yolu yaxınlığına aşkar edib. Mütəxəssislərin fikrincə,  beyinlər ya itə, ya da qoyuna məxsusdur. Onların küçəyə hansı səbəbdən atılması məlum deyil
Polis isə yerli əhalini sakitləşdirərək burada heç bir cinayət hadisənin baş vermədiyini bildirib. Beyinləri yerə atan insan isə axtarışdadır.
Beyinlər kəllə sümüyündən səliqə ilə çıxarılıb. Bu isə beyinlərin tədqiqat üçün nəzərdə tutulduğunu göstərir.
Cia.az