Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 24-26-ı Moskvada rəsmi səfərdə olacaq.
Mayın 25-də Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Görüş zamanı hər iki nazir ikitərəfli əməkdaşlığın hazırki durumunu və perspektivlərini, regional məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.
Rusiya XİN-in məlumatında həmçinin qeyd edilir ki, Azərbaycan Rusiyanın Cənubi Qafqaz və Xəzər regionunda ən mühüm strateji müttəfiqidir.
Cia.az
