|
Çingiz Abdullayevə daha bir -

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fonduna rəhbərlik Azərbaycana keçdi.

Cia.az-ın məlumatına görə, Fondun yeni prezidenti Çingiz Abdullayev olub.

Strukturda rəhbər dəyişikliyi bu gün Fondun Baş Assambleyası və Direktorlar Şurasının 14-cü iclasında baş tutub. Fondun rəhbərliyi rotasiya üzrə Türkiyədən Azərbaycana keçib.

Fond 2009-cu il martın 4-də Buxarestdə Azərbaycan və Rumıniya prezidentləri İlham Əliyev və Trayan Beseskunun təşəbbüsü ilə yaradılmış qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır.

Cia.az