Gədəbəy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində məişət qazının sızması nəticəsində partlayış hadisəsi baş verib.
Cia.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ikinci mərtəbədə 3 otaq və dam örtüyü dağılıb.
Partlayış nəticəsində yanğın olmayıb. Partlayış zamanı 1 nəfər xəsarət alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Cia.az
