|
Las-Veqas silkələndi

Amerikanın Nevada ştatının Las-Veqas şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə xəbəri "Ria Novosti" agentliyi yayıb.
Zəlzələ yerli vaxtla saat 11.47-də qeydə alınıb. 
Episüentr Kolyente şəhərindən 39 kilometr cənub qərbdə olub. 
Yeraltı təkanların mənbəyi isə 19,4 kilometr dərinlikdə olub.

Zəlzələdə zərər çəkənlər və dağıntılar barədə hələ ki, xəbər verilməyib.

Cia.az