Almaniya və Fransa 2030-cu il üçün Rusiyanın T-14 “Armata” tankına cavab olacaq yeni zirehli döyüş maşını hazırlayırlar.
Bu barədə Almaniyanın "Die Welt" nəşri yazır.
Hərbi maşın “Leopard 2”nin yerinə keçəcək. Alman ordusunda hazırda 240 belə tank olmasına baxmayaraq 2030-cu ilə onların yaşı 50 olacaq.
"Spiegel" nəşri Almaniya Federativ Respublikasının medafiə naziri Markus Qrubeldən sitat gətirir ki, yaxın 3 il ərzində Fransa və alman tərəfi yeni “Leopard-3” tankının texnika və konsepsiyasını irəli sürəcək.
Lakin bu xəbəri heç də bütün alman siyasətçilər sevinclə qarşılamayıblar. Müxalifətçilər hakimiyyətin bu addımını tənqid edərək bildirilər ki, Almaniyanın can atdığı silah yarışması “beynəlxalq rəqabətdən daha çox soyuq müharibə təfəkkürünü” yada salır.
Cia.az
