Türkiyənin Bolu bölgəsində 10 azyaşlı qızı və 3 əməkdaşı daşıyan nəqliyyat vasitəsi ilə əlaqə kəsilib.
Cia.az xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi rəsmi açıqlama yayıb.
Nazirliyin məlumatına görə, Kocaelidəki uşaq evində yaşayan 14-17 yaşlı 10 qızın və 3 əməkdaşın iştirakı ilə Bolunun Yedigöllər və Gölcük Təbiət Parkına birgünlük ekskursiya təşkil edilib.
Ekskursiyadan qayıdarkən nəqliyyat vasitəsi ilə əlaqə kəsilib. Dərhal aidiyyəti qurumlara məlumat verilib və bölgəyə axtarış-xilasetmə qrupları göndərilib.
Əməliyyata Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD), jandarmanın və nazirliyin əməkdaşları cəlb olunub. Axtarışlarda dronlardan da istifadə edilir.
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş axtarış-xilasetmə əməliyyatını yerində izləmək üçün təcili Boluya yola düşüb.
Musavat.com
